Metal-kirəmit , asma tavan və metal tor

Metal-kirəmit (çerepitsa)

Türkiyə istehsalı olan avadanlıqları əsasında quraşdırılmış istehsal xəttində qalınlığı 0,3÷0,6 mm olan polad təbəqədən, saatda 150 p/m metal-kirəmit (çerepitsa) istehsal olunur. Məhsul 1170x2230 mm ölçülərdə və istəyə uyğun rəngdə müştərilərə təklif olunur.

Asma tavan

STP-nin xüsusi məhsullarından biri də asma tavandır. Burada ölçüsü 0,7x636x636 mm olan alüminium təbəqədən (yarımfabrikatdan) 0,7x600x600 mm ölçüdə asma tavan istehsal olunur. Çin istehsalı olan dəzgahda saatda 120 ədəd asma tavan istehsal etmək mümkündür.

Metal tor

Sendviç Panelləri zavodunda eni 1,2 m, iç ölçüsü 50x50 mm, uzunluğu isə maksimum 4 m-dək metal tor istehsal olunur. Bu məhsul qalınlığı 2,6÷2,8 mm olan yarımpolad sinklənmiş məftillərdən hazırlanır, çəpərləmə və beton tökmə işlərində istifadə olunur. Çin istehsalı olan avadanlıqda saatda 120 m² metal tor istehsal etmək mümkündür.

Metal-kirəmit , asma tavan və metal tor