NA2XS(FL)2Yy+FO

Ümumi məlumat

Bu kabellər su nəqliyyat vasitələrinin hərəkətinin olmadığı sularda və korroziya aktivliyinin dərəcəsindən asılı olmayaraq torpaqda (xəndək vəya beton kanallarda) mexaniki təsirlərdən qorunmaq şərtilə istifadə olunur. Kabellərin mürəkkəb quruluşlu kabel yollarında quraşdırılmasına icazə verilir. Standart: İEC 62067 Rus analoqu: AПвПy2г+FO

 

Tikilmiş polietilen (XLPE) izolyasiyalı, subloklayıcı yarımkeçiricivə alüminopolimer lentli,qalınlaşdırılmış polietilen (PE) örtüklü,optik lifli, alüminium keçiricili yüksək gərginlik kabeli


Konstruksiya:

1. Cərəyan keçirən damar - çoxməftilli dairəvi kipləşdirilmiş alüminium (A) məftillər, IEC 60228 - ə əsasən 2-ci sinif

  • Çoxməftilli kipləşdirilmiş dairəvi formalı damarın en kəsik sahəsi 400÷1000mm²
  • Çoxməftilli kipləşdirilmiş 5 ədəd sektordan təşkil olunmuş dairəvi formalı damarın en kəsik sahəsi 1000÷2500mm2

2. Damarüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
3. Izolyasiya- tikilmiş polietilen (2X)
4. Izolyasiyaüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
5. Ayırıcı təbəqə- su bloklayıcı yarımkeçirici lent
6. Mis ekran məftilləri arasında yerləşdirilmiş optik lifli polad boru (FO)
7. Ekran- mis lent ilə bağlanmış mis məftillər (S)

Damarın en kəsik sahəsi 400-800 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 95 mm2

Damarın en kəsik sahəsi 1000 mm2 və daha çox olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 120 mm2

Ekranın en kəsik sahəsinin maksimum həddi sifarişçinin tələbinə əsasən hazırlana bilər.

8. Ayırıcı təbəqə- su bloklayıcı yarımkeçirici lent (FL)
9. Nəm əleyhinə lent- alüminopolimer lent
10. Xarici mühafizə örtüyü- qalınlaşdırılmış polietilen (2Yy)


Texniki xarakteristika:

  • Damarın işçi temperaturu / +900C
  • Qəza zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +1300C
  • Qısaqapanma zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +2500С
  • Qısaqapanma müddəti (çox olmayaraq) / 5 san
  • Kabelin quraşdırılma temperaturu (az olmayaraq) / -150С
  • Ətraf mühitin temperaturu / -60 / +500C
  • Kabelin minimal əyilmə radiusu / 15xD (D- kabelin xarici diametri)