NA2XSR(AL)2Y

Tətbiq sahəsi

Standart: TŞ AZ 2002283071.008 (İEC 60840) Rus analoqu: AПвKaП Kabellər korroziya aktivliyinin dərəcəsindən asılı olmayaraq torpaqda və kabel xətlərində (bu şərtlə ki, yanğına qarşı mühafizə şərtlərinə cavab verən örtükdən istifadə olunsun) quraşdırılma üçün nəzərdə tutulub.Bu kabellər şaquli vəziyyətlərdə və istismar zamanı dartılma qüvvəsinə məruz qala biləcək ərazilərdə, sürüşmə və seysmik aktivliyi olan rayonlarda, donmuş torpaqlarda və həmçinin səviyyələr fərqinin məhdudiyyəti olmadan quraşdırılma imkanına malikdirlər.

Tikilmiş polietilen (XLPE) izolyasiyalı, alüminium məftil zirehli, polietilen (PE) örtüklü, alüminium keçiricili təkdamarlı yüksək gərginlik kabeli


Konstruksiya:

1. Cərəyan keçirən damar - çoxməftilli dairəvi kipləşdirilmiş alüminium (A) məftillər, IEC 60228 - ə əsasən 2-ci sinif

  • Çoxməftilli kipləşdirilmiş dairəvi formalı damarın en kəsik sahəsi 25÷1000mm²
  • Çoxməftilli kipləşdirilmiş 5 ədəd sektordan təşkil olunmuş dairəvi formalı damarın en kəsik sahəsi 1000÷1600mm2

2. Damarüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
3. İzolyasiya- tikilmiş polietilen (2X)
4. İzolyasiyaüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
5. Ayırıcı təbəqə- su bloklayıcı yarımkeçirici lent
6. Ekran- mis lent ilə bağlanmış mis məftillər (S)

Damarın en kəsik sahəsi 25-120 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 16 mm2
Damarın en kəsik sahəsi 150-300 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 25 mm2
Damarın en kəsik sahəsi 400-1000 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 35 mm2
Damarın en kəsik sahəsi 1200 mm2 və daha çox olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 50 mm2

Ekranın en kəsik sahəsinin maksimum həddi sifarişçinin tələbinə əsasən hazırlana bilər.

7. Ayırıcı təbəqə- PETF lent
8. Daxili örtük- polivinilxlorid
9. Zireh- alüminim məftillər ( R(AL) )
10. Xarici mühafizə örtüyü- polietilen (2Y)

Texniki xarakteristika:

  • Damarın işçi temperaturu / +90ºC
  • Qəza zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +13ºC
  • Qısaqapanma zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +250ºC
  • Qısaqapanma müddəti (çox olmayaraq) / 5 san
  • Kabelin quraşdırılma temperaturu (az olmayaraq) / -20ºC
  • Ətraf mühitin temperaturu / -60 / +50ºC
  • Kabelin minimal əyilmə radiusu / 15xD (D- kabelin xarici diametri)