Polietilen örtüklər

Dünyada enerji daşıyıcılarının qiymətlərinin durmadan artdığı bir dövrdə, istixana sahiblərinin yeni qənaətetmə, həmçinin daha ucuz və səmərəli yollar axtarması təbii haldır. Aydındır ki, keyfiyyətli bir örtük materialı əldə etməklə enerjiyə qənaət etmək, hər dəfə istiliyə artıq xərc çəkməkdən daha sərfəlidir.

Bu məqsədlə STP-nin Polimer Məmulatlar zavodunun istehsal etdiyi polietilen örtüklər bu tələblərə tam cavab verən, arzuolunan bir məhsuldur. Bu örtüklər istənilən növ istixanada bitkilərin yetişdirilməsi üçün münbit temperaturun qorunmasını ən səmərəli şəkildə təmin edir. Polietilen örtüklər istər adi, istərsə də şüşə örtüklərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir və bu üstünlüklərinə görə istixanalar üçün əvəzolunmaz məhsuldur.

STP-nin polietilen örtükləri istixanada olan temperaturu olduğu kimi saxlamaqla güclü termo izolyasiya qabiliyyənə malikdir. Belə ki, istixananı şaxta və qızmar istidən şüşəyə nisbətən 80 dəfə, adi şitillik örtüyə nisbətən isə 120 dəfə daha yaxşı qoruyur. Məhsulunun unikallığı, eyni zamanda, onun su, nəm, toz və səs keçirməməsidir.

İstehsal olunan polietilen örtüklər eni 0,7m-dən 3m-dək olmaqla 12 və 24 aylıq təminatla satışa çıxarılır.

İstixana örtüyünün üstünlükləri

  • Elastikdir, yüngüldür, istixana konstruksiyasının skeletini daha az müddətə asanlıqla, istənilən şəkildə bağlamaq imkanına malikdir.
  • Mexanizm xərcləri və tətbiqi daha asan və ucuzdur.
  • Quraşdırma yerinə və ya məqsədinə görə müxtəlif qatqı maddələrindən istifadə edilərək çoxməqsədli örtük əldə edilə bilər.
  • Digər istixana örtük materialları ilə müqayisədə daha sərfəlidir.
Polietilen örtüklər