Ümumi məlumat

Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəlməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azalmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşılmasını təmin edib.

Azərbaycanda neftdən əldə olunan gəlirlər hesabına infrastrukturun modernləşdirilməsi, qeyri-neft iqtisadiyyatına sərmayə yatırılması, ümumi daxili məhsulun həcmindən artıq strateji valyuta ehtiyatlarının yaradılması, biznes mühitinin daha da yaxşılaşması və ölkəmizin beynəlxalq tranzit imkanlarının çoxalması nəticə etibarilə iqtisadi inkişafa təkan verib. Bunun da məntiqi nəticəsi olaraq, Sumqayıt Texnologiyalar Parkı (STP) kimi nəhəng, çoxşaxəli və respublika sənayesini inkişaf etdirən müəssisə formalaşmışdır.

2009-cu ilin dekabrın 22-də dövlət başçısı cənab İlham Əliyev tərəfindən istismara verilən STP, regionda texnoparkların yaradılmasında pioner olmaqla, həm də məhsullarının fərqli çeşidləri ilə seçilən ixtisaslaşmış zavodlar kompleksidir.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi müasir dövrümüzdə müəssisələrin istehsal gücü və məhsullarının rəqabətədavamlılığı bazar tələblərinə görə əsas şərtlər kimi müəyyən olunur. Məhz bu rakusdan çıxış edən STP, bu gün istehsal xətləri, o cümlədən məhsul və xidmətlərinin ən son standartlara uyğunlaşdırılması və istehsal proseslərində tam yeni texnologiyaların mənimsənilməsinə nail olmuşdur. Qısa bir zamanda istehsal gücünü daha da artıran STP-nin 250 hektar ərazisində hazırda 13 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu müəssisələrin işə salınması, ixtisaslı mühəndis-texniki personalının yüksək peşəkarlığı və müasir texnoloji avadanlıqların tətbiqi sayəsində tam yeni çeşiddə müxtəlif təyinatlı sənaye məmulatları istehsal olunur və məhsullarımız bütün texnoloji və keyfiyyət göstəricilərini tam yerinə yetirir. STP-nin fəaliyyəti bu gün ölkədə sənayə sahəsi üçün vacib olan məhsulların maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətə və idxalın əvəz edilməsinə səbəb olub.

STP fəaliyyətində müştəri məmnuniyyətinin tam qarşılanması məqsədini rəhbər tutaraq tərəfdaşlıq etdiyi BP, Qazprom, TOTAL, SOCAR, Steadfast Engineering, Halliburton, TEKFEN, AZFEN və s. nüfuzlu tərəflərlə əməkdaşlığa daima yüksək önəm verir. Neft-qaz sektorunda fəaliyyət göstərən bu şirkətlərin başçılıq etdiyi və ya iştirak etdiyi layihələrdə əsas təchizatçı kimi iştirak edir.

STP-nin məqsədi ölkə iqtisadiyyatının inkişafında xüsusi çəkiyə malik mühüm müştərilərə ən son texnoloji nailiyyətləri özündə əks etdirən məhsulları təklif etmək və gələcək irimiqyaslı layihələrdə daima iştirak etmək imkanlarından yararlanmaqdır. Azərbaycanda neft-qaz sektorundan istifadə olunan bir çox məhsulun istehsalçısı kimi STP, etibarlığı, keyfiyyət və sərfəli təklifləriylə hər zaman yanınızda olmaqdan qurur duyur!

Ümumi məlumat