Bir və Çoxyerli Sayğac Dolabları

Tətbiq sahəsi

Respublikada elektroenergetikanın inkişafı abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatını daha da ön plana çıxarmışdır. Ayrı-ayrı bölgələrdə, rayon və şəhərlərdə yeni yaşayış massivlərinin salınması ilə əlaqədar olaraq son illərdə respublikada sayğaclaşma prosesi daha geniş şəkildə həyata keçirilməyə başlanmışdır.

Sayğaclaşma prosesinin geniş vüsət alması ilə əlaqədar olaraq Elektrik Avadanlıqları zavodunda son vaxtlarda bir və çoxyerli sayğac dolablarının istehsalı da artan templə davam etməkdədir. Zavodda 1, 2, 6, 8, 10, 12, 16 yerli sayğac dolabları istehsal olunmaqdadır.

Müxtəlif qabarit və ölçülərə malik olan bu dolabların gövdəsi toz boya ilə rənglənmiş poladdan hazırlanır ki, bu da onun uzunömürlüyünə, sayğaca kənar müdaxilələrin qarşısının alınmasına təminat verir.