СИП - 3 (SAX)

Tətbiq sahəsi

СИП - 3 (SAX) markalı naqil, ГОСТ 15150-ə uyğun olaraq II və III atmosfer tipinə əsasən, yaşayış binalarının xaricində (xarici divarlarında) işıqlandırma məqsədi üçün çəkilən və yaxud texniki qurğuları elektrik enerjisi ilə təchiz edən, nominal işçi gərginliyi 0.66, 1.0, 10, 20, 35 kV- a qədər olan naqillərdir. Quraşdırılmış temperaturda işlədiyi zaman naqildə istifadə olunan izolyasiya materialı insan orqanizmi və ətraf mühitə zərərli olan heç bir zəhərli maddə və konsentrat buraxmır.

KONSTRUKSİYA

  1. Alüminium məftilli, kipləşdirilmiş damar (ГОСТ 22483, II sinif)
  2. İzolyasiya

СИП - 3 markalı naqillərdə istifadə olunan izolyasiya materialı: aşağı sıxlıqlı polietilen (LDPE)


TEXNİKİ PARAMETRLƏR

  • Nominal işçi gərginliyi: 10/20/35 kV (СИП - 3 üçün)
  • Cərəyan keçirən damarların en kəsik sahəsi, mm2: 16 ÷ 240 (СИП - 4 üçün) mm2: 35 ÷ 240 (СИП - 3 üçün)
  • Naqil günəş şüalarının təsirinə qarşı dayanıqlıdır
  • Naqil yağıntılara qarşı davamlıdır
  • Naqilin istismar temperaturu: -60°C +50°C
  • İstismar müddəti: 40 il
  • İstismara verilən andan etibarən naqilin zəmanət müddəti: 3 il

STP-nin Kabel Zavodunda СИП markalı hava xətləri digər ölçülərdə də istehsal edilir.