КуГВВЭ / КуГВВЭнг / КуГВВЭнг – LS

Ümumi məlumat

Bu markalı kabellər, nominal işçi gərginliyi 380V-a qədər olan dəyişən cərəyanda və nominal işçi gərginliyi 500V olan sabit cərəyanda işləyən, stasionar quraşdırılan stan, maşın və mexanizmlərin elektrik dövrəsinə birləşdirilməsi, kənar elektromaqnit dalğaların müdaxiləsini əngəlləmək üçün istifadə edilən nəzarət və idarəetmə kabelidir.

КуГВВЭ (LiYCY, YSLYCY) / КуГВВЭнг (LiYCY-fl, YSLYCY-fl) / КуГВВЭнг – LS (LiYCY-LS, YSLYCY-LS)

KONSTRUKSİYA

  1. Çox məftilli mis damar (ГОСТ 22483 V sinif)
  2. PVC izolyasiya və yaxud alovu, yanmanı yaymayan, zəif tüstü emissiyasına və qaz ayrılmasına malik PVC
  3. PET lentdən qurşaq izolyasiya
  4. Adi və yaxud qalaylanmış mis məftillərdən ibarət olan hörgü - ekran
  5. PET lentdən ibarət qat (örtüyün hörgüyə yapışmasının qarşısını almaq üçün)
  6. PVC örtük və yaxud alovu, yanmanı yaymayan, zəif tüstü emissiyasına və qaz ayrılmasına malik PVC

Kabelin texniki göstəriciləri

Damarın en kəsik sahəsi, (mm2)Damarların sayı, (ədəd)Qeyd
0.5, 0.75, 1.0, 1.5, 2.5, 4.0, 6.04, 5, 7, 10, 14, 19, 27, 37, 52, 61x0.5, 0.75, 1.0, 1.5 4, 5, 7, 10, 14, 19, 27, 37x2,5 4, 7, 10x4,0 4, 7, 10x6,0Mis məftilli, izolyasiya və örtüyü yanma təhlükəsi az olan, alovu yaymayan, zəif tüstü və qaz ayrılmasına malik olan PVC tərkibli plastik kütlədən, mis məftillər və yaxud qalaylanmış mis məftillərdən ibarət olan hörgü ilə ekranlanmış idarəetmə və nəzarət kabeli

TEXNİKİ PARAMETRLƏR

  • Kabelin maksimum istismar temperaturu: +60°C
  • Havanın nisbi rütubəti: 98%