Qaynaq Quraşdırma Zavodu

Ümumi məlumat

STP-nin ən müasir avadanlıqlarla təchiz olunmuş müəssisələrindən biri də Qaynaq quraşdırma zavodudur. Zavodun qaynaq və quraşdırma sexlərində sifariş əsasında müxtəlif növdə, ölçüdə, çəkilərdə yüngül və ağır metal konstruksiyalar hazırlanır.

STP-nin müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunmuş müəssisələrindən biri də Qaynaq Quraşdırma Zavodudur.  Müəssisə Qaynaq sexi, Ağır konstruksiyaların hazırlanması sahəsi, Yüngül konstruksiyaların hazırlanması sahəsi, Quraşdırma sexi, Maşın mexanizmlərin yığım sahəsi, Yük qaldırıcı avadanlıqların yığım sahəsi, Mobil konstruksiyaların hazırlanması sahəsi və İstehsala hazırlıq və nəzarət bürosundan ibarətdir. Zavodun bu sahə və sexlərində sifarişlər əsasında müxtəlif növdə, ölçüdə və çəkilərdə metal konstruksiyaların, qurğuların hazırlanması, quraşdırılması və müxtəlif maşın-mexanizmlərin hissələrinin təmiri işləri icra edilir.

 

Zavodun Qoşqu və Yarımqoşquların İstehsalı sahəsində "HOWO STP" markalı avtomobil üzərində tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşquları və yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar, səbətlər (STAQ – müxtəlif ölçülü 17, 22, 28), kran maşınlar, sendviç paneldən konteynerlər, istehsal arabaları və s. avtomobillər və məhsullar istehsal olunur. Zavod istehsallar yanaşı texniki xidmət göstərərək təmir işləri də həyata keçirir.

 

Qaynaq Quraşdırma zavodu  yarandığı gündən ölkə əhəmiyyətli böyük  layihələr üçün sifarişlər  həyata  keçirdib. 

 

SOCAR -ın sifarişi ilə H.Əliyev adına Neft Emalı zavodunun rekonstruksiyası ( Pipe rack- boru rəfləri);

  1. “DMT Foundry” Almaniyanın sifarişi ilə bunkerlərin hazırlanması
  2. “North West Construction MMC” və “AZFEN B.M.” şirkətlərinin sifarişi ilə Port Baku Towers üçün metal qəliblərin istehsalı;
  3. Pirallahı Dərman Fabrikinin metalkonstruksiyasının hazırlanması;
  4. Sumqayıt Data Mərkəzi üçün metalkonstruksiya hazırlanması;
  5. “Bakı Metropoliten QSC”-nin sifarişi ilə Xocasən deposu, N. Nərimanov adına Elektrik Deposunun emalatxanasının, yükləmə-boşaltma platformasının, qazanxananın metalkonstruksiyaların hazırlanması və quraşdırılması;
  6. Cənubi Kareyanın "Samsung Engineering Co. Ltd."-nin sifarişi əsasında “SOCAR Karbamid” zavodu üçün metal konstruksiyaların hazırlanması;
  7. “Ustay” şirkətinin sifarişi əsasında “Socar Polimer” zavodu üçün metal konstruksiyaların hazırlanması;
  8. “BEC LTD”-nin sifarişi ilə müxtəlif növ çənlər, platformaların istehsalı.

 

Bununla bərabər zavod piroliz-fortan çənlərin, yağ qarışdırma qurğuların, mobil konteynerlərin (müxtəlif ölçülərdə), avtokranların, hidrosilindirlərin, gövdələrin dönmə mexanizmlərinin təmirini də həyata keçirdib.

 

Müəssisədə, həmçinin təyinata uyğun olaraq müxtəlif ölçülərdə və mürəkkəblikdə silos çənlər hazırlanır. Metal Konstruksiya Zavodu xarici sifarişlərlə yanaşı Texnoparkın daxilində fəaliyyət göstərən zavodların sifarişi əsasında müxtəlif növdə, ölçülərdə metalkonstruksiyaların və qurğuların hazırlanması, yerində quraşdırılması işlərini də icra edir. Zavod son zamanlarda STP ərazisində tikilən istehsal sahələrinin metal konstruksiyalarını, Alüminium və mis profilləri zavodu üçün əritmə sobaları və tablama sobaları hazırlamışdır.