Metaləritmə Zavodu
Tətbiq sahəsi
2012-ci ildə fəaliyyətə başlayan Metaləritmə zavodu metal tədarükü sahəsi, poladəritmə və yayma istehsal sahələrindən ibarətdir.
2012-ci ildə fəaliyyətə başlayan Metaləritmə zavodu metal tədarükü sahəsi, poladəritmə və yayma istehsal sahələrindən ibarətdir. Bu müəssisədə Ø 12; 14; 16; 18; 20; 22; 25-lik armaturlar istehsal olunur.
Metaləritmə zavodunda istehsal prosesi metal tədarükü sahəsindən başlayır. Əraziyə daxil olan qara metal müəyyən ölçülərlə doğranılır və tərəzidə çəkildikdən sonra poladəritmə sexinin şixtə sahəsinə verilir. Qara metal qırıntıları protexniki nəzarətdən keçirilərək seçilir, yeşiklərə yığılır və əritmə sahəsinə verilir. Əritmə sahəsində 7 induksion soba var. Bu sobaların 3-ü işçi rejimdə olur, 3-ü isə təmirə saxlanılır.
Metal əridildikdən sonra çalova süzülərək Fasiləsiz Polad Tökmə Qurğusuna (FPTQ) verilir və 120x120 mm-lik AT 400C; AT 500C; ГC 35C markalar üzrə polad pəstah istehsal olunur. Hazırlanan polad pəstahlar yayma sexinə metodiki qızdırıcı sobaya yığılır. 1250 C-yə qədər qızdırılan polad pəstahlar sobadan yayma xəttinə verilir və sifarişə əsasən armatur istehsal olunur.
Bu zavodun ГОСТ 34028-2016 standartına uyğun istehsal etdiyi yüksək keyfiyyətli məhsullar inşaat sektorunda geniş istifadə olunur.