Damcı Suvarma Boruları

Tətbiq sahəsi

Xüsusi filtirlər vasitəsi ilə içindəki qum, gil, yosun və s. qatışıqlar təmizləndikdən sonra, su damcı suvarma borularından bitkilərin birbaşa kök hissəsinə damcılar halında verilir. Damcı suvarma borularını istənilən relyefə malik olan ərazilərdə tətbiq etmək mümkündür.

Xüsusi filtirlər vasitəsi ilə içindəki qum, gil, yosun və s. qatışıqlar təmizləndikdən sonra, su damcı suvarma borularından bitkilərin birbaşa kök hissəsinə damcılar halında verilir. Damcı suvarma borularını istənilən relyefə malik olan ərazilərdə tətbiq etmək mümkündür.

Bu tip sistemlərin tətbiqi bütün suvarma proseslərini avtomatlaşdırmağa imkan verir ki, bu da öz növbəsində əmək sərfinin azalmasına səbəb olur. Damcı suvarma üsulunda faydalı istifadə əmsalı səthi suvarmadan fərqli olaraq 95% -dən yuxarıdır


Damcı suvarma sisteminin tətbiqinin bir sıra müsbət cəhətləri vardır:

  • Damcılı suvarma sistemləri ilə daha az su istifadə edilərək daha çox ərazi suvarıla bilər.
  • Bu cür suvarma sistemlərinin köməyi ilə torpağın erroziyasına səbəb olmadan səmərəli suvarma aparıla bilir.
  • Suvarma suyu ilə gübrələrin birgə verilməsini təmin edir.
  • Suyun və qida elementlərinin maksimum bərabər paylanmasına imkan verir.
  • Böyük ərazilərin eyni zamanda kiçik hissələrlə suvarılmasına imkan verir.
  • Əkinlər arası quru qaldığı üçün alaq otlarının inkişafı zəifləyir və onlarla mübarizə asanlaşır
  • Hər yer suvarılmadığı üçün hər suvarmadan sonra torpağın üst təbəqəsini qırmağa və torpağı havalandırmağa, sirkulyasiyanı təmin etməyə ehtiyac qalmır.

Digər suvarma sistemləri vasitəsilə suvarılan torpaqların qələviliyi (pH) çox zaman yüksək olduğu üçün verilən gübrələrin bir qismi də torpaq kalloidləri tərəfindən tutulur və bitkilər tərəfindən rahatca sorula bilinmir. Damcılı suvarma sistemlərində isə hər suvarma və ya iki suvarmadan bir hissə-hissə gübrə verilir. Verilən gübrələr bütün tarlaya yox, bitkinin birbaşa kök nahiyəsinə verildiyi üçün daha az miqdarda gübrə istifadə edilməsinə baxmayaraq daha effektiv olur.

Damcılı suvarma sistemlərində istifadə edilən fosfor, azot, sulfid turşusu kimi gübrələrlə torpağın qələviliyi (pH) azaldılır. Məhz bu səbəbdən torpaqda olan dəmir, mis, sink və s. kimi mikroelementlərin mənimsənilməsi (pH-ın aşağı salınması hesabına) həyata keçirilir. Bu mikroelementlər bitkilərin inkişafina dopinq effekti verir.

Damcılı suvarmada yüksək təzyiq tələb olunmur, bu da istismar xərclərini azaldır.


Damcılı suvarmanın üstün cəhətləri:

  • kökün bilavasitə qidalanması,
  • aşağı təzyiqlə iş prinsipi,
  • bitki üçün su temperaturunun optimal 18-28 dərəcə aralığında verilməsi,
  • gecə sulanma,
  • suya qənaət,
  • alaq otları və parazitlərlə mübarizə,
  • işçi qüvvəsinin minimuma endirilməsi,
  • gübrələrin effektli istifadəsi,
  • sistemin avtomatlaşdırılması və məhsuldarlığın 70%-dək artirılması.

Damcılı suvarma bütün növ meyvə ağaclarının (alma, armud, gilas, gilənar,ərik, əzgil, qoz, findıq, çay bitkisi, sitrus ağacları və s.) sulanmasında isfifadə edilir. Ağacın yalnız kökündən qidalanmasını təmin edir.

Bundan başqa, damcılı sulama birillik, çoxillik bitkilər və bostan bitkilərinin suvarılmasında da geniş isfifadə olunur. Bu zaman borular bitkinin növündən asılı olaraq torpaqalti və torpaqüstü yerləşdirilə bilər.

Borular torpaq səthi üzərində və ya torpaq səthindən 0,5 metr yüksəklikdə quraşdırılır.


STP-nin Polimer Məmulatlar zavodunda istehsal olunan boruların parametrləri:

¼Borunun ölçüləri (DxS, mm)Damcı elementinin uzunlugu, (mm)Damcıların axma süreti, (litr/saat)Damcı elementlərinin arasındakı məsafə, (mm)

1.

2.

3.

4.

5.

12x0,9

16x1,1

16x1,1

20x1,2

20x1,2

36

36

40

40

40

1,5

2,0

4,0

2,0

4,0

190-210

285-315

475-525

710-790

950-1050