Şüşə Lifli Üçqat PPRC Fiber Borular

Tətbiq sahəsi

PPR fiber borular yüngül və hamar olması, daxili səthinin sürüşkən və parlaq olması, kirəc bağlamaması, paslanmaması, gigiyenik olması, quraşdırılmasının asan olması kimi üstün cəhətləri ilə plastik boru sahəsində əhəmiyyətli yer tutaraq bina içi soyuq və isti su təsisatlarında istifadə edilməyə başlamışdır.

Plastik kütlələrin emalı sənayesində çox əhəmiyyətli proseslərdən biri də “Random polipropilen”nin (PPR) əldə olunması və onun sənayeyə tətbiqidir. Bu xam maddədən hazırlanan borular hazırda müasir həyatda geniş istifadə olunur.

PPR fiber borular yüngül və hamar olması, daxili səthinin sürüşkən və parlaq olması, kirəc bağlamaması, paslanmaması, gigiyenik olması, quraşdırılmasının asan olması kimi üstün cəhətləri ilə plastik boru sahəsində əhəmiyyətli yer tutaraq bina içi soyuq və isti su təsisatlarında istifadə edilməyə başlamışdır.

Plastik boru sahəsində xammalın ən mühüm xüsusiyyəti istiliyə və kimyəvi təsirlərə qarşı göstərdiyi yüksək müqavimətdir. Bu müqavimət sayəsində PP-R xammalından hazırlanan PPR boru soyuq və isti su təsisatlarında uğurla istifadə edilir. PPR borular rəng, dad və qoxu verməyən üstün xüsusiyyətlərə malik olur. Onun istilik universallığı xüsusi əhəmiyyət kəsb edir. “Random polipropilen”dən hazırlanmış borular +95°C-yə qədər temperatur aralığında istismar olunur. Materialın elastikliyi səbəbindən bu borularda su donduqda onları çatlatmır.

Polimer Məmulatlar zavodu şüşə lifli boruların istehsalında beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli polipropilen məhsullarından istifadə edir. Borular Türkiyənin məşhur “Mikrosan” şirkətinin avadanlığında istehsal olunur. Zavod PPR-dən ağ və boz rəngli fiber (şüşə lifli kompaundlu) boruları istehsal edir.

Biz öz müştərilərimizə yüksək keyfiyyətli və optimal qiymətli borular təklif edirik.


STP-nin istehsal etdiyi bu boruların üstünlükləri:

  • Keyfiyyət: Avropa istehsalı olan və DIN, TSE, ISO 9002 standartlarının tələblərinə cavab verən xammaldan hazırlanır.
  • Etibarlılıq: borulardan quraşdırılmış sistemlər yüksək germetikliyə malik olurlar.
  • Borunun istismar müddəti: borunun istismar müddəti soyuq və isti su üçün 50 ildən yuxarıdır, bu müddət istifadə olunan temperaturdan asılı olaraq dəyişə bilər.
  • Korroziya və kimyəvi müqavimət: borular korroziyaya və aqressiv mühitə davamlıdır, hamar daxili səthə malik olduqlarına görə ötürücülük qabiliyyəti yüksəkdir.
  • Ekoloji təmizlik: istifadə olunan polipropilen su ilə reaksiyaya girmir, buna görə də suya əlavə dad qatmır. Onun daxili səthi sürüşkən olduğundan üzvi və qeyri-üzvi çöküntülərin, habelə kirəclərin əmələ gəlməsi müşahidə olunmur.
  • Davamlılıq: orta təbəqəni təşkil edən şüşə lifli material yüksək temperaturlarda xətti genişlənmə səbəbindən borunun əyilməsinin qarşısını alır və təzyiqə davamlılığı əhəmiyyətli dərəcədə yüksəldir.
  • İstifadəsi: + 95° C aralığında istifadəyə uyğundur (boru içindəki mayenin donma dərəcəsi nəzərə alınaraq izolyasiya olunmalıdır). Qaynaq yerlərində diametr daralması meydana gəlməz. Çox yaxşı qaynaq edilir. Quraşdırmada 70% qənaət təmin edir və montaj zamanı heç bir itki olmur. İstilik və səs izolyasiyasını təmin edir. Çətin alovlanır.

Texniki xarakteristikası:

  • Borunun tipi: çöl və iç qat PPR, orta qatı şüşə lifli PPR kompaundundan ibarətdir;
  • Rəngi: ağ və boz;
  • Uzunluğu: 4 m (sifarişə görə digər uzunluqlarda da istehsal oluna bilər);
  • Xətti genişlənmə əmsalı: 0,035 mm/m°C;
  • Tətbiq sahələri: kondisioner və qızdırıcı su, texniki və içməli su təchizatı və s.

İstehsal olunmuş şüşə lifli boruların parametrləri

Xarici diametri, D mmDiametrdən kənara- çıxma, mmDivarın qalınlığı, S mmDivar qalınlığından kənaraçıxma, mm

16

20

25

32

40

50

63

75

+0,3

+0,3

+0,3

+0,3

+0,4

+0,5

+0,6

+0,7

2,7

3,4

4,2

5,4

6,7

8,3

10,5

12,5

+0,3

+0,4

+0,5

+0,6

+0,7

+0,8

+1,0

+1,2