Daxili Kanalizasiya üçün Genağızlı Polipropilen Borular

Ümumi məlumat

Daxili kanalizasiya şəbəkələrini yaratmaq üçün PPH “Homogen polipropilen”dən hazırlanmış borulardan istifadə olunur. Bu borular yüksək fiziki və mexaniki xassələrə malik olduqlarından aqressiv mühitə qarşı davamlıdırlar, belə ki, bu xassələr kanalizasiya borularının həm daxili və həm də xarici səthlərinə şamil oluna bilər və PVC borularından fərqli olaraq sınmaya qarşı daha dözümlüdürlər.

Daxili kanalizasiya şəbəkələrini yaratmaq üçün PPH “Homogen polipropilen”dən hazırlanmış borulardan istifadə olunur. Bu borular yüksək fiziki və mexaniki xassələrə malik olduqlarından aqressiv mühitə qarşı davamlıdırlar, belə ki, bu xassələr kanalizasiya borularının həm daxili və həm də xarici səthlərinə şamil oluna bilər və PVC borularından fərqli olaraq sınmaya qarşı daha dözümlüdürlər.

STP-nin Polimer məmulatlar zavodu PPH-dan istehsal edilmiş daxili kanalizasiya sistemləri borularını təklif edir ki, bunlar da bina tikintisində, o cümlədən çoxmənzilli evlərin, kotteclərin, ofislərin, xəstəxanaların, laboratoriyaların, sənaye müəssisələrinin tikintisində, habelə, kənd təsərrüfatında tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. Materialın bioloji neytrallığını nəzərə alaraq, yeyinti sənayesində də istifadə edilə bilər. Kanalizasiya boruları və onların genağız (rastrub) hissələri inkişaf etmiş ölkələrdə istehsal olunmuş yüksək keyfiyyətli ağ və boz rəngli dənəvar polipropilenindən Almaniya istehsalı olan avadanlıqda istehsal olunur və istehsal prosesi İSO 9001:2000 standartının tələblərinə uyğun həyata keçirilir.


Üstünlükləri:

  • Polipropilendən hazırlanmış kanalizasiya boruları çuqundan hazırlanmış analoji borulardan 15 - 20 dəfə yüngüldür;
  • Kimyəvi yuyucu vasitələrin təsirinə davamlıdır;
  • Təkrar rənglənməyə ehtiyac yoxdur;
  • Genağızın olması sayəsində bir-biri ilə asan birləşir;
  • 50 ildən çox etibarlılıq zəmanətinə malikdir.

Boruların texniki xarakteristikası:

  • +95°C-də (bəzi hallarda hətda +100°C) yüksək temperaturlu su axını təsirinə qarşı davamlılıq;
  • Tərkibində müxtəlif növ aqressiv maddələr və substansiyalar olan məişət, təsərrüfat və sənaye çirkab sularının kimyəvi təsirinə davamlılıq;
  • Hidravliksürtünməyə qarşı davamlılıq;
  • Qurğu vasitəsi ilə borunun genağız hissəsinə yerləşdirilmiş kipləşdirici rezin həlqənin sayəsində birləşmələrin germetikliyi;
  • Boruların və onların fason hissələrinin yüngül olması sayəsində daşınmanın və montaj işlərinin asanlığı;
  • Vibrasiya və səsin udulması. Metal və PVC borulardan fərqli olaraq polipropilen borular suyun axıdılması zamanı yaranan səsi və vibrasiyanı udur;
  • İstilik keçiriciliyi aşağı olduğundan xarici səthində kondensat yaranmır.

Genağız daxili kanalizasiya borularının ölçüləri:

Borunun nominal Diametri, D (mm)

Borunun divarının qalınlıgı, S (mm)

Borunun uzunluğu L, (mm)

50

75

110

160

1,8

1,9

2,7

4,0

300

300

300

-

500

500

500

500

750

750

750

750

1000

1000

1000

1000

1500

1500

1500

1500

2000

2000

2000

2000

3000

3000

3000

3000