Konsentrik və Ekssentrik Keçidlər

Ümumi məlumat

Keçidlər formalarına görə konsentrik və ekssentrik olmaqla iki tipdə istehsal olunurlar. Konsentrik keçidlərdə giriş və çıxış borularının diametrlərinin mərkəzi bir simmetriya oxu üzərində yerləşir, ekssentrik keçidlərdə isə bu mərkəzlər bir–birinə nəzərən iki paralel ox üzərində yerləşmiş olurlar.

Təzyiqsiz kanalizasiya boru sistemlərində müxtəlif diametrli boruların bir-biri ilə birləşdirilməsi üçün Polimer Məlumatlar Zavodunda büzməli borular əsasında (SN8) müxtəlif ölçülü keçidlər istehsal olunur. Keçidlər boru xətlərinin birləşdirici detalı olub, uc hissələrində müxtəlif diametrlərə malikdirlər ki, bunun sayəsində bir diametrdən digərinə keçdikdə, habelə nəql edilən maye axınının sürətini artırmaq və ya azaltmaq lazım gəldikdə boru xətlərinə montaj olunurlar. Başqa sözlə, bu cür detallardan istifadə etməklə boru xətlərindəki yüklənmələri müxtəlif istiqamətlərə yönəltmək və ya şaxələrə ayırmaq mümkündür. Borunu daraltmaqla təzyiq və ya basqını artırmaq, əksinə borunu genişləndirməklə azaltmaq mümkündür.

Keçidlər formalarına görə konsentrik və ekssentrik olmaqla iki tipdə istehsal olunurlar. Konsentrik keçidlərdə giriş və çıxış borularının diametrlərinin mərkəzi bir simmetriya oxu üzərində yerləşir, ekssentrik keçidlərdə isə bu mərkəzlər bir–birinə nəzərən iki paralel ox üzərində yerləşmiş olurlar. Bu səbəbdən də konsentrik keçidlər formaca kəsik konusa oxşayır və əsasən müxtəlif substansiyaları qarışdırmaq üçün şaquli boru xətlərinə quraşdırılır. Ekssentrik keçidlər isə formaca oturacaqları biri-birinə paralel oxlar üzərində olan kəsik konusa bənzədiyi üçün onlardan çox zaman üfüqi boru xətlərinin birləşmələrində istifadə olunur. Bundan əlavə, ekssentrik keçidlərdən istifadə edildikdə nəql edilən maddənin çökərək yığılıb qalması halları aradan qaldırılır. Təmir, cari texniki xidmətlər zamanı və digər problemler meydana çıxdıqda onu təmizləmək asanlaşır.

Qeyd etmək lazımdır ki, bu məmulatlar çox davamlı olduqlarından və onların hazırlandıqları materialların möhkəmliyinə görə onlara təlabat böyükdür. Bu keçidlər hərtərəfli sınaqdan keçirildikdən sonra satışa çıxarılırlar. Bundan əlavə onlar bir sıra aşağıdakı üstünlüklərə malikdirlər:

  • Birincisi, boru xətlərinə montaj olunan keçidlərin daxili və xarici diametrləri, habelə onların uc nöqtələri ölçülərinə görə yüksək dəqiqliklə üst-üstə düşürlər.
  • İkincisi, keçidlərin hazırlandıqları material keyfiyyətli struktura, zərbəyə davamlılığa və asan qaynaq olunma qabiliyyətinə malikdir.

EKSSENTRİK KEÇİD ÜÇÜN YARIMFABRİKAT

Dd1-Dd2, mmXd1-Xd2, mmHündürlüyü H, mmQalınlıgı, a, mm

500/400

500/300

400/300

300/250

300/200

300/150

250/200

250/150

200/150

550/450

550/350

450/350

340/290

340/240

340/190

290/240

290/190

240/190

230

460

230

126,7

253,3

380

126,7

253,3

126,7

25

25

25

20

20

20

20

20

20

KONSENTRİK KEÇİD ÜÇÜN YARIMFABRİKAT

Dd1-Dd2, mmXd1-Xd2, mmHündürlüyü H, mmQalınlıgı, a, mm

500/400

500/300

400/300

300/250

300/200

300/150

250/200

250/150

200/150

550/450

550/350

450/350

340/290

340/240

340/190

290/240

290/190

240/190

230

460

230

126,7

253,3

380

126,7

253,3

126,7

25

25

25

20

20

20

20

20

20

KONSENTRİK DÜZ KEÇİD

  • Material. PPH
  • Diametri,d1-d2 (mm)
200/150      
250/150      
250/200      
300/150300/200300/250    
400/150400/200400/250400/300   
500/150500/200500/250500/300500/400  
600/150600/200600/250600/300600/400600/500 
800/150800/200800/250800/300800/400800/500800/600

EKSSENTRİK DÜZ KEÇİD

  • Material. PPH
  • Diametri,d1-d2 (mm)
200/150      
250/150      
250/200      
300/150300/200300/250    
400/150400/200400/250400/300   
500/150500/200500/250500/300500/400  
600/150600/200600/250600/300600/400600/500 
800/150800/200800/250800/300800/400800/500800/600