İkiqat Koruge Polipropilen Borular

Ümumi məlumat

Polipropilendən hazırlanmış ikiqat koruge borular xarici suötürmə sistemlərində, kanalizasiya, yağış və qrunt sularını axıtmaq üçün nəzərdə tutulmuşdur. Bu universal konstruksiyalı borulardan praktiki olaraq bütün sahələrdə sənaye, mülki, kənd təsərrüfatı, hidrotexniki və su qurğuları, dəmir və avtomobil yollarının tikintisində istifadə olunur.

Polipropilendən hazırlanmış ikiqat koruge borular xarici suötürmə sistemlərində, kanalizasiya, yağış və qrunt sularını axıtmaq üçün nəzərdə tutulmuşdur. Bu universal konstruksiyalı borulardan praktiki olaraq bütün sahələrdə sənaye, mülki, kənd təsərrüfatı, hidrotexniki və su qurğuları, dəmir və avtomobil yollarının tikintisində istifadə olunur.

İkiqatlı təzyiqsiz koruge polipropilen borular Alman texnologiyası əsasında yanaşıekstruziya metodu ilə istehsal olunur. Daxili səthi hamar, xarici səthi isə büzməlidir. Üst qatı adətən qara rənglə rənglənir ki, materialı ultrabənövşəyi şüaların təsirindən qorusun. Daxili isə sarı və ya ağ rənglə rənglənir. Boruların istismar müddəti 50 ildən yuxarıdır. Polipropilen boruların keyfiyyətinə nəzarət AZS ISO/IEC 17025:2009 üzrə akkreditasiya olunmuş laboratoriyada həyata keçirilir.

STP-nin istehsal gücü və nəqliyyat strukturu imkan verir ki, kollektor və drenaj sistemləri­nin regional və irimiqyaslı tikintisini həyata keçirən təşkilatları yüksək keyfiyyətə malik polimer borular ilə təmin etsin.


Digər borulardan fərqli olaraq, ikiqatlı polipropilendən hazırlanmış ikiqat təzyiqsiz koruge boruların aşağıdakı üstün cəhətləri vardır:

  • Genağız birləşmənin hesabına tez və asan montaj;
  • Boruların açıq sahədə torpaq üzərində düzülməsinin, hətta böyük dinamik yüklənmələrə malik yolların altından da keçirilməsinin mümkünlüyü;
  • Çox da böyük kütləyə malik olmayan bu boruların böyük həlqəvi sərtliyə malik olması və böyük ağırlıqlara davam gətirməsi (8 KN/ m2 və ya SN8);
  • Daxili səthin hamar olması səbəbindən müxtəlif qatqıların və çöküntülərin yığılıb qalma­ması;
  • +95°C-yə qədər olan temperaturlu suyu nəql etmək qabiliyyətinə malik olması.
¼Nominal diametr DN, mm

Borunun qofra hissəsinin uzunluğu, mm L1

Borunun genağızla birlikdə ümumi uzunluğu, mm L

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

150

200

250

300

400

500

600

800

1000

6090

6060

6010

6000

5940

5860

5810

5640

5490

6180

6160

6140

6020

6000

6050

6020

5940

5860